sa sa 100
“Magistr” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsi çap olunub Yan 06, 2022 | 13:00 / Nəşrlər

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

Jurnalda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları yer alıb. Həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində təqdim edilib.

dim.gov.az