sa sa 922
“Elm” (“Nauka”) qəzetinin cari ildə ilk sayı çap olunub Yan 14, 2022 | 12:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin 2022-ci ildə ilk sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” və “M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşü, 2021-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə edilən mühüm nəticələr, “Ölkəmizdə davamlı inkişafla bağlı həyata keçirilən uğurlu siyasət və onun nəticələri”, “20 Yanvar - Qanla yazılan azadlıq tariximiz”, “44 günlük Zəfər yolu” sərlövhəli məqalələr, yeni nəşrlər, yubileylər, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az