sa sa 189
“Elm” (“Nauka”) qəzetinin yeni sayında 20 Yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb Yan 21, 2022 | 18:44 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə 2-ci sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində “20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir” sərlövhəli məqalə yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanan anlaşma memorandumu, AMEA-nın elmi müəssisə və təşkilatlarında  20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə keçirilən anım tədbirləri, “20 Yanvar - müstəqilliyə aparan yolun qan və gün yaddaşı”, “20 Yanvar faciəsi: Azərbaycan xalqını azadlıq və dövlət müstəqilliyinə aparan yol”, “Xalqımızın iradəsinin sarsılmazlığını göstərən tarix”, “20 Yanvar faciəsi poemalarımızda”, “Əsarət zəncirinin qırıldığı gün”, “20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir”, “Polimer Materialları İnstitutunun şəhid olan görkəmli alimləri” sərlövhəli məqalələr, gənc elmlər doktoru Elçin Hüseynovla müsahibə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az