sa sa 463
AMEA-nın Biologiya və Tibb elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan magistrantların Biologiyanın müasir problemləri ixtisaslaşma fənni üzrə imtahanı keçirilib + Foto Yan 28, 2022 | 17:00 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan birinci kurs magistrantlarının Biologiyanın müasir problemləri ixtisaslaşma fənni üzrə imtahanı keçirilib. İmtahanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan 10 magistrant, Genetik Ehtiyatlar İnstitutundan 6 magistrant, Mikrobiologiya İnstitutundan 3 magistrant, Botanika İnstitutundan 2 magistrant iştirak edib.  

AMEA-nın magistraturasında ilk dəfə olaraq bir ixtisas kursunun tədrisinə Biologiya və Tibb Elmləri bölməsinin müxtəlif institutlarından 7 müəllim cəlb edilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun  rəhbəri, İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri professor Qərib Mürşüdov, b.ü.f.d., dosent Nurməmməd Mustafayev, b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.ü.f.d., dosent Samirə Rüstəmova, Mikrobiologiya İnstitutundan AMEA-nın müx. üzvü Pənah Muradov, Genetik Ehtiyatlar İnstitutundan b.ü.f.d., dosent Mehrac Abbasov müasir biologiyanın müxtəlif istiqamətlərində mövcud olan aktual problemlər və həll olunmamış məsələlər barəsində ən son elmi yenilikləri magistrantlara çatdırıblar. Magistrantlar tədris prosesində əldə edilmiş bilikləri imtahanda uğurla nümayiş etdiriblər.