sa sa 253
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyası başa çatıb + Foto Yan 31, 2022 | 23:00 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyası başa çatıb.

“Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” ixtisasları üzrə I kursda təhsil alan 10 magistrant və II kursda təhsil alan 6 magistrant imtahanlardan uğurlu nəticələr əldə ediblər. İnstitutda sessiya ərəfəsində 32 imtahan keçirilib. II kurslar üçün qruplar üzrə 16 imtahan, I kurslar üçün qruplar üzrə 14 fərdi və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan magistrantlara ümumi tədris olunan fənlər üzrə 2 imtahan keçirilib.

Bu gün AMEA-nın müxbir üzvü İbrahim Əzizov tərəfindən tədris edilmiş Biologiyanın tarixi və metodologiyası ixtisaslaşma fənni üzrə ümumi imtahan keçirilib. İmtahanda “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya”, “Genetika”, “İnsan genetikası”, “Mikrobiologiya”, “Botanika” ixtisasları üzrə 21 magistrant iştirak edib.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova imtahannın gedişatı ilə tanış olub.  Magistrantlar tədris prosesində əldə edilmiş bilikləri imtahanda uğurla nümayiş etdiriblər.