sa sa 1203
MBBİ-nin gənc əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyasının  Fəxri Diplomuna  layiq görülüb + Foto Fev 03, 2022 | 13:06 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi, “Molekulyar Biologiya” ixtisası üzrə II kurs dissertantı Gülmirə Əlibəyova 2 Fevral – Azərbaycan Gəncləri günü münasibətilə 2021-ci ildəki elmi, elmi- texniki və ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının  Fəxri diplomu ilə təltif olunub.

Gülmirə Əlibəyova MBBİ-nin 2019-cu il magistr məzunudur. Onun 2020-ci ildə “Azərbaycanda COVİD-19-a yoluxmuş xəstələrdə angiotenzin çevirən fermentin (ACE) geninin polimorfizminin və onun arterial hipertenziya ilə assosiasiyasının tədqiqi” mövzusunda təqdim etdiyi layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin  (EİF-GAT-5-2020-3(37))  qalibi olmuşdur.  O, 2021-2022-ci illər üzrə elan olunmuş İslam İnkişaf Bankının doktorantura proqramı müsabiqəsindən uğurla keçərək xaricdə 3 illik doktorantura təhsili üçün təqaüd haqqı qazanmışdır.