sa sa 1117
Lalə Axundova: Dövlətimizin başçısına elmi fəaliyyətimi yüksək mükafatla qiymətləndirdiyi üçün təşəkkürümü bildirirəm Fev 03, 2022 | 20:02 / Mühüm hadisələr

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsində bu gün ölkəmizdə yüksək intellektli gənc nəsil yetişib. Müasir Azərbaycan gəncliyi hər zaman Ulu Öndərin xalqımız qarşısında xidmətlərini, Azərbaycana bəxş etdiyi müstəqilliyi, elmin, təhsilin, ölkəmizin inkişafına, eləcə də gənclərə diqqət və qayğısını yüksək qiymətləndirir. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən gənclər sırasında mən də var idim. Forumda iştirak etmək mənim üçün çox qürurverici idi.

Bu fikirləri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı, 2022-ci il Gənclər üçün Prezident mükafatına layiq görülən Lalə Axundova söyləyib.

“Gənclər Forumunda Prezident İlham Əliyev giriş nitqi ilə çıxış etdi. Görüşdə ekoloji problemlər, mədəniyyət, xaricdə təhsil proqramı ilə bağlı müxtəlif mövzular da müzakirə olundu. Səmimi şəraitdə keçən görüşdə ölkə rəhbəri gənclərin müxtəlif sahələrlə bağlı suallarını cavablandırdı və İkinci Qarabağ müharibəsində gənc nəslin xidmətlərini yüksək qiymətləndirdi. 2022-ci il Gənclər üçün Prezident mükafatlarına layiq görülən gənclərin mükafatlandırılması mərasimində həm həyəcanlı, həm də çox sevincli idim. Çünki Prezident İlham Əliyev təltif olunmuş gənclərə mükafatları təqdim edəcəkdi. Ölkə rəhbəri tərəfindən bu yüksək mükafat mənə təqdim olunanda çox qürurverici və xoşbəxt anlar yaşadım. Dövlət başçımıza mənim elmi fəaliyyətimi bu cür yüksək mükafatla qiymətləndirdiyi üçün təşəkkürümü bildirirəm və bütün gəncləri ölkə rəhbərinin ətrafında birləşərək Azərbaycanın gələcək inkişafı üçün çalışmağa çağırıram”, - deyə Lalə Axundova bildirib.

Azərtac