sa sa 903
“Elm” qəzetinin yeni sayı nəşr olunub Fev 04, 2022 | 12:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2022-ci ildə 4-cü nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, Akademiyada 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbir, Günəş energetikası üzrə Elmi Şuranın İşçi Qrupunun iclası, akademik İradə Hüseynovanın Lənkəran Regional Elmi Mərkəzinə səfəri, Lütfi Zadənin 100 illiyinə həsr olunan konfrans, “Horizon Avropa” proqramı üzrə vebinar, “Əbədi yaşar alim”, “Şamaxı Astrofizika Rəsədxanası uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevriləcəkdir”, “Azərbaycan fonologiyası məktəbinin banisi”, “Ömrünü yazılı abidələr həsr etmiş alim” sərlövhəli məqalələr, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

science.gov.az