sa sa 266
TÜBİTAK başqanı, Prof. Dr. Hasan Mandal AMEA prezidenti ilə görüşü barədə təəssüratlarını bölüşüb Fev 08, 2022 | 12:00 / Görüşlər

Xəbər verdiyimiz kimi, fevralın 7-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycanda səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) başqanı, Prof. Dr. Hasan Mandalı qəbul edib.

TÜBİTAK başqanı sözügedən görüşlə bağlı öz təəssüratlarını şəxsi “Tvitter” hesabında paylaşıb.

“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Prof. Dr. Ramiz Mehdiyev və onu müşayiət edən nümayəndə heyəti ilə keçirdiyimiz görüşdə birgə yeni layihə və elmi-tədqiqat institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etdik”, - deyə o qeyd edib.

science.gov.az