sa sa 1211
Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Seminar şurasında çıxış edib + Foto Fev 21, 2022 | 15:39 / Seminarlar

Fevralın 21-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ED 1.25 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən Bitki fiziologiyası ixtisası üzrə elmi seminarda Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Könül Həsənovanın “İşığın intensivliyinin və spektr tərkibinin tomat genotiplərinin morfo-fiziolojı xüsusiyyətlərinə və məhsuldarlığına təsiri” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib.  İşin elmi rəhbəri AMEA-nın müxbir üzvü, b.e.d., prof. İbrahim Əzizovdur. İddiaçı dissertasiya işinin əsas müddəalarını təqdim edib. Mövzu ətrafında geniş müzakirələr aparılıb, şura üzvləri iddiaçıya öz irad və təkliflərini bildiriblər. Səsvermənin nəticəsinə əsasən elmi seminar Könül Həsənovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edib.