sa sa 965
Bakı Dövlət Universitetinin tələbələri MBBİ-də istehsalat təcrübəsi keçir. + Foto Fev 24, 2022 | 15:05 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin 24 nəfərdən ibarət olan heyəti AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçir. Tələbələrin fevral ayının 16-da başlayan təcrübəsi aprelin 19-na kimi davam edəcək. BDU-nun tələbələri MBBİ-nin Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Fotobioenergetika, Bioinformatika, Bitki biotexnologiyası və Populyasiya genomiksi laboratoriyalarında aparılan elmi tədqiqat işləri ilə tanış olur, müasir cihaz və avadanlıqların iş prinsipini öyrənir aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər.