24 fevral 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova da iştirak ediblər. İclasda İnstitutun Həmkarlar Təşkilatına yeni sədrin seçilməsi, təftiş komissiyası və komitə üzvlərinin tərkibində qismən dəyişiklik edilməsi məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İnstitutun Həmkarlar Təşkilatının komitə üzvlüyünə b.ü.f.d., dosent Səadət Xudaverdiyeva, b.ü.f.d., dosent Sədaqət Əsədova, b.ü.f.d. Səmra Mirzəyeva, Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova, Təchizat və xidmət şöbəsinin baş ustası Fəzail Məmmədovun namizədlikləri təsdiq edilib. İclasın qərarına əsasən MBBİ-nun Həmkarlar Təşkilatının sədri Genomun Quruluşu və Ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Səadət Xudaverdiyeva, təftiş komissiyasının üzvləri b.e.d. Səftər Süleymanov (sədr), b.ü.f.d. dosent Samirə Rüstəmova və b.ü.f.d. Taliyə Orucova seçiliblər.