sa sa 906
“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb Mart 04, 2022 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb.

Bundan əlavə, “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarının təbriki, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Kimya, Biologiya və Tibb, həmçinin Humanitar Elmlər bölmələrinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə, o cümlədən Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin nümayəndələri ilə görüşü, akademik Arif Həşimovun “Sabahın alimləri” XI respublika müsabiqəsinin bağlanış mərasimində çıxışı, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının 2022-ci il üzrə ilk iclası oxuculara təqdim edilir.

Vəsaitdə, həmçinin “Elmlə zəhmətin vəhdəti”, “Ölkəmizdə AMEA-sız elmin inkişafı mümkün deyil”, “Elmi fəaliyyətin vahid mərkəzdən idarə edilməsi dövrün tələbidir” sərlövhəli məqalələr, akademik Teymur Kərimli ilə müsahibə, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az