sa sa 930
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Novruz Bayramı ərəfəsində akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər + Foto Mart 15, 2022 | 14:00 / Tədbirlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları başda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova olmaqla Novruz Bayramı ərəfəsində fəxri xiyabanı ziyarət ediblər. İnstitutun əməkdaşları müəllimləri - böyük alim, ictimai-siyasi xadim, akademik Cəlal Əlirza oğlu Əliyevin məzarı üzərinə qərənfillər düzüb, onunla bağlı əziz xatirələrini bölüşüb və ruhuna dualar oxuyublar.