sa sa 920
“Elm” qəzetinin cari ildə 9-cu sayı çap olunub Mart 17, 2022 | 21:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr olunub.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirakı barədə məlumat və Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən görüş, AMEA-nın Rəyasət Heyəti adından Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarının təbriki, AMEA-nın Rəyasət Heyətinin növbəti iclası, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın İctimai Elmlər Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşü, “Teknofest Azərbaycan” sərgisinə AMEA-dan təklif olunan layihələrin müzakirəsi  və s. məlumatlar oxuculara təqdim edilir.

Vəsaitdə, həmçinin “AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas məqamları”, “Azərbaycan Milli Elmlər Akademiyasında hansı islahatları və necə həyata keçirməli?”, “...Rütbələr içində seçilir biri, hamıdan ucadır alimin yeri...”, “Elimizə bahar gəlir” sərlövhəli məqalələr, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradovla müsahibə, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az