sa sa 883
Azərbaycanlı alim Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb Mart 29, 2022 | 14:18 / Mühüm hadisələr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 21 mart 2022-ci il tarixli sərəncamı ilə biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev elmin inkişafında böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə, Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb.

Sevindirici haldır ki, Süleyman Allahverdiyev son illərdə əsərlərinə edilən istinadların sayına görə, Rusiyanın ən reytinqli alimləri siyahısında, bir qayda olaraq, ön sıralarda gedir.

Xatırladaq ki, tanınmış alim 2021-ci il üçün Qlobal Enerji Assosiasiyasının enerji sənayesi sahəsində ən nüfuzlu beynəlxalq “Qlobal Enerji” mükafatının laureatları arasında olub.

Süleyman Allahverdiyevi Rusiya Federasiyasının Əməkdar elm xadimi adını alması münasibəti ilə təbrik edir, ona elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

www.science.gov.az