sa sa 1179
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar biologiya” ixtisası üzrə doktorluq imtahanı keçirilib + Foto Mart 31, 2022 | 19:00 / İmtahanlar

31 mart 2022-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar biologiya” ixtisası üzrə doktorant Fidan Hüseynovanın sessiyadankənar doktorluq imtahanı keçirilib. İmtahan “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”-na əsasən institutun baş direktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın əmri ilə yaradılmış imtahan komissiyası tərəfindən tərtib edilən biletlər üzrə yazılı və şifahi keçirilmişdir.  İddiaçının imtahan nəticəsi 48 balla “Əla” qiymətləndirilmişdir. Qeyd edək ki, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında, Fidan Hüseynova ikili diplom proqramı üzrə 2018-ci ildən Monpelye Universitetində təhsil almışdır. “Toxumanın bərpası üçün diş pulpası kök hüceyrələrinin angiogenik aktivləşdirilməsi” mövzusunda tədqiqatlar aparan Fidan Hüseynovanın Monpelye Universiteti tərəfindən elmi rəhbəri professor Veronique-Barragan Montero, AMEA tərəfindən MBBİ-nin icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovdur.