sa sa 780
“Elm” qəzetinin növbəti sayı nəşr olunub Apr 04, 2022 | 11:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü yer alıb.

Bundan əlavə, 27 mart – Azərbaycanda Elm Günü münasibətilə AMEA Rəyasət Heyətinin təbriki, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşü, 27 mart - Elm günü və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə AMEA-nın elmi müəssisə və təşkilatlarında keçirilən tədbirlər, “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə ilk onlayn görüş və s. məlumatlar oxuculara təqdim edilir.

Vəsaitdə, həmçinin “Azərbaycan Milli Elmlər Akademiyası yaradılmasının 77 illiyini qeyd edir”, “AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas məqamları”, “Ölkəmizin tərəqqisinin elmi təminatı dövlətimizin diqqət mərkəzindədir”, “Azərbaycan dövləti elmin inkişafına xüsusi diqqət göstərir”, “Elm haqqında yanlış təsəvvürlər aradan qalxmalıdır”, “Cəbrayıl rayonu ərazisində paleolit dövrünə aid tapıntılar”, “Arxeoloq alim, bacarıqlı təşkilatçı”, “70 yaşlı “7 gözəl”, “İnsanlıq faciəsi – 31 Mart soyqırımı” sərlövhəli məqalələr, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az