sa sa 1061
"C4 bitkilərin yarpaqlarında plazmodesmaların rolu" mövzusunda seminar keçirilib + Foto Apr 04, 2022 | 16:00 / Seminarlar

Bu gün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Hüceyrənin Membran Sistemləri laboratoriyasının kiçik elmi işçisi Zibeydə Hacıyevanın “C4 bitkilərin yarpaqlarında plazmodesmaların rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi plazmodesmaların bitkilərdə hüceyrələrarası əlaqədə və nəqliyyatda oynadığı rolu haqqında əvvəllər də bir çox fərziyyələrin mövcud olduğunu qeyd edib. Z. Hacıyeva seminar iştirakçılarına plazmodesmaların quruluşu, onların əmələ gəlməsi, C4 bitkilər və onlarda olan  plazmodesmalar haqqında məlumat verib. O qeyd edib ki, plazmodesmalar hüceyrələrarası əlaqələrdə iştirak edir, yəni molekulların birbaşa hüceyrədən hüceyrəyə keçməsinə imkan verir. Plasmodesmaların qonşu bitki hüceyrələri arasında nəqliyyat vasitəsi olduğu müəyyən edilib. Onlar molekulyar çəkisi təxminən 800 daltondan az olan molekulların keçməsinə imkan verir. Plazmodesmaların zülalları, kiçik RNT-ləri, messenger (məlumat) RNT-lərini, viroidləri və virus genomlarını hüceyrədən hüceyrəyə daşıdığı müəyyən olunub. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.