sa sa 5627
"Populyasiya və genom tədqiqatları: özəlliklər, üstünlüklər və problemlər” mövzusunda mühazirə keçirilib + Foto Apr 04, 2022 | 16:36 / Dərslər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin istehsalat təcrübəsini keçən IV kurs tələbələrinə Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev “Populyasiya və genom tədqiqatları: özəlliklər, üstünlüklər və problemlər” mövzusunda mühazirə oxuyub. Mühazirədən qabaq institutun baş direktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tələbələrlə görüşərək təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları ilə maraqlanıb. Akademik İradə Hüseynova belə seminarların onlar üçün xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.  Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Çıxış ətrafında ətraflı müzakirə aparılıb.