sa sa 1058
BDU tələbələrinin elmi seminarı keçirilib + Foto Apr 11, 2022 | 11:00 / Seminarlar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin istehsalat təcrübəsi keçən IV kurs tələbələrinin elmi seminarı keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tələbələri salamlayaraq belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, elmin inkişafı gənclərdən asılıdır. MBBİ-də təcrübə keçən gənclər müəyyən nəzəri və təcrübi biliklərə yiyələniblər və bu da onlara gələcək fəaliyyət istiqamətini seçməkdə yardım edəcək. Daha sonra tələbələr institutun alimləri qarşısında müxtəlif mövzularda çıxış edib və verilən sualları cavablandırıblar.