sa sa 813
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb + Foto Apr 17, 2022 | 15:00 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, həmin institutun əməkdaşları görkəmli oftalmoloq alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Ziyarət zamanı akademik İradə Hüseynova Fiziologiya İnstitutunda peşə fəaliyyəti ilə əlaqədar görmə analizatorunun fiziologiyası və disfunksiyaları ilə bağlı tədqiqatların məhz Biologiya və Tibb Elmləri Bölməzinin üzvü olmuş akademik Zərifə xanım Əliyevanın rəhbərliyi ilə başladıldığına diqqət çəkib və qeyd edib ki, onun təməlini qoyduğu elmi istiqamətlər hal-hazırda da müvəffəqiyyətlə davam etdirilir.

Ziyarətçilər ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

science.gov.az