M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Apr 21, 2022 | 19:00 / Rəsmi sənədlər
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Məsud Arif oğlu Əfəndiyevə və Qərib Novruz oğlu Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2022-ci il