sa sa 783
“Elm” qəzetinin növbəti sayı nəşr olunub Apr 22, 2022 | 14:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü, eləcə də M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin təqdimatına dair tədbir, “Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans, “Teknofest Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın elmi müəssisələrinin iştirakı ilə bağlı görülən işlər, “Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur”, “Azərbaycan-Gürcüstan: Elmi əməkdaşlığın ən uğurlu nəticəsi”, “Azərbaycan elminin Çin təmsilçisi”, “Azərbaycan xalqının milli sərvəti” olan AMEA qorunmalı və inkişaf etdirilməlidir”, “Azərbaycanda seysmologiyanın 120 illik inkişaf tarixi: Keçmişdən gələcəyə uzanan uğurlu yol”, “Musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi”, “Elmi jurnalistikanın cəfakeşi” sərlövhəli məqalələr, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az