sa sa 1026
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilib Apr 22, 2022 | 19:00 / Mühüm hadisələr

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilib.

Hörmətli Qərib müəllim! Sizi “Əməkdar elm xadimi” fəxri adına layiq görülməniz münasibətilə ürəkdən təbrik edir və gələcək işlərinizdə daha böyük uğurlar arzu edirik!