sa sa 1161
Rəfiqə Məsməliyeva Azərbaycanda ilk dəfə “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb Apr 24, 2022 | 11:00 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın “Atom yerdəyişmə parametrlərinin  statistik analizi və validasiyası” mövzüsunda təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə təsdiq edilib. Rəfiqə Məsməliyevaya Azərbaycanda ilk dəfə olaraq “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Qeyd edək ki, R. Məsməliyeva hazırda Almaniyanın Hamburq Universitetində "CUl: Maddənin təkmilləşdirilmiş görünüşü" layihəsi çərçivəsində tədqiqatlarını müvəffəqiyyətlə davam etdirir.

Rəfiqə xanımı təbrik edir və ona gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.