sa sa 953
Akademik Zərifə Əliyevanın əziz xatirəsi anılıb + Foto Apr 28, 2022 | 12:00 / Mühüm hadisələr

Aprelin 28-də AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri və bölmənin elmi müəssisə və təşkilatlarının baş direktorları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə I Fəxri xiyabanı ziyarət ediblər.  

Əvvəlcə bölmə üzvləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Bölmə üzvləri görkəmli alim, akademik Cəlal Əliyevin də xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüblər. 

Sonra akademik Zərifə Əliyevanın AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundakı xatirə guşəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətlərindən, onun peşəkar həkim, fəal ictimai xadim kimi fəaliyyətindən danışıb. O, Fiziologiya İnstitutunda görmə analizatorunun fiziologiyası və disfunksiyaları ilə bağlı tədqiqatların məhz Biologiya və Tibb Elmləri Bölməsinin üzvü olmuş akademik Zərifə Əliyevanın rəhbərliyi ilə başladıldığına diqqət çəkib. Bildirib ki, oftalmoloq alim 1975-1985-ci illərdə AMEA-nın Fiziologiya İnstitutunda çalışıb. Vitse-prezident Zərifə xanım Əliyevanın təməlini qoyduğu elmi istiqamətlərin hazırda da müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.

science.gov.az