sa sa 2325
Azərbaycan alimlərinin məqaləsi yüksək impact faktorlu jurnalda dərc olunmuşdur Dek 20, 2018 | 16:54 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının “Induced changes in metabolic constituents of grapevine (Vitis vinifera L.) leaves infected with grapevine leafroll-associated virus-3” adlı məqaləsi nüfuzlu Elsevier nəşriyyatının İmpakt faktoru 1, 607 olan Physiological and Molecular Plant Pathology jurnalında çap olunmuşdur. Məqalənin müəllifləri akademik İradə Hüseynova, b.ü.f.d.Durna Əliyeva, Urmiya Universitetinin professoru Mina Rastgou ,b.ü.f.d.Nərgiz Sultanova, doktorant Nərgiz Bayramovadır. “PMPP” jurnalı “Elsevier” nəşriyyatında çap olunur və 1,607 impakt faktora malikdir. Azərbaycanlı alimlərin məqaləsi bitki–virus qarşılıqlı əlaqəsi zamanı bitkilərdə struktur-funksional dəyişikliklərin öyrənilməsinə və antioksidant müdafiə sistemlərinin rolunun tədqiqinə həsr olunub və bu istiqamətdə mühüm nəticələr əldə olunub Jurnalda molekulyar səviyyədən başlayaraq, bütöv bitki və ekosistemlərə qədər bitkilərin biokimyası, fiziologiyası, quruluşu, bitki-mikrob əlaqələri haqqında nəzəri, eksperimental və texniki nəticələr dərc olunur.