sa sa 826
Zərifə Əliyeva fenomeni Apr 29, 2022 | 19:00 / Nəşrlər

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Azərbaycan” qəzetində “Zərifə Əliyeva fenomeni. Zəkanın nuru və xeyirxahlığın genetik yaddaşı” adlı məqaləsi dərc olunub. Məqalədə görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın keçdiyi şərəfli həyat yolu və elmi fəaliyyəti öz əksini tapıb. Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuş, şəfqətli ANA kimi müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında həllediici rol oynamışdır.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.azerbaijan-news.az