sa sa 834
Ramazan bayramınız mübarək olsun! May 02, 2022 | 06:40 / Mühüm hadisələr

Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə Sizi təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır.

Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir.

Qəlblərə paklıq, süfrənizə ruzi gətirən Ramazan bayramınız mübarək olsun!