sa sa 171
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib + Foto May 04, 2022 | 16:35 / Seminarlar

Mayın 4-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi Lalə Aydınlının "Hüceyrənin proqramlaşdırılmış ölümü: inkişaf etmək yoxsa məhv olmaq?" mövzusunda elmi seminarı keçirilib. Məruzəçi müasir dövrdə hüceyrənin proqramlaşdırılmış ölümünün (HPÖ) biologiyanın və tibbin ən intensiv öyrənilən sahələrindən biri hesab olunduğunu vurğulayıb. O qeyd edib ki, buna səbəb xərçəng, qocalma, şəkərli diabet və bir sıra neyrodegenerativ xəstəliklərin yaranmasının əsasında bu prosesin dayanmasıdır. Genetik idarə olunan bu proses normal halda orqanizmə hüceyrələrin sayını və toxumanın ölçüsünü tənzimləməyə, həmçinin homeostaza səbəb olan hüceyrələrdən qorunmağa kömək edir. Bundan başqa, HPÖ proseslərində iştirak edən spesifik fermentlərin öyrənilməsi, kənd təsərrüfatı üçün faydalı olan davamlı sortların yaradılmasında mühüm rol oynaya bilər. Məruzə seminar iştirakçılarının böyük marağına səbəb olub. Lalə Aydınlı verilən sualları cavablandırıb.