sa sa 774
“Elm” qəzetinin cari ildə 15-ci sayı çap olunub May 06, 2022 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Müstəqil dövlətçiliyin möhkəm bünövrəsi” sərlövhəli məqalə yer alıb.

Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda lektoriya, AMEA rəhbərliyinin UNEC-də Ümummilli lider Heydər Əliyevə həsr edilən tədbirdə iştirakı, Beynəlxalq “Silkway” ədəbiyyat festivalının final mərhələsi, Akademiyada Alman Akademik Mübadilə Xidmətinin nümayəndələri ilə görüş, “Akademik Murtuza Nağıyev kimya texnologiyasında resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır”, “Ensiklopedik zəka sahibi”, “Şöhrət” ordenli atıcı və kəşfiyyatçı”, “Elm tarixi üzrə problemlər araşdırılır” sərlövhəli məqalələr, nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az