AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Mərkəzi Nəbatət Bağının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər + Foto
May 10, 2022 | 15:16 / Mühüm hadisələr
Mayın 10-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Mərkəzi Nəbatət Bağının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Fəxri xiyabana gedərək Azərbaycanın memarı və qurucusu, ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.