sa sa 5724
“Struktur biologiyanın üsulları” və “Biostatistika” ixtisas kurslarından mühazirə və praktik məşğələlər başlayıb + Foto May 11, 2022 | 14:40 / Dərslər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, Kembric Universitetinin professoru, Kembric Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası qrupunun  rəhbəri, Əməkdar elm xadimi Qərib Mürşüdov institutun I kurs magistrantlarına “Struktur biologiyanın üsulları”  və “Biostatistika” ixtisas kurslarından mühazirə və praktik məşğələlərə başlayıb. Dərslər zoom platforması üzərindən onlayn olaraq keçirilir.