sa sa 756
Türkiyə Elmlər Akademiyasının prezidenti Prof. Dr. Muzaffer Şeker AMEA-nı ziyarət edib + Foto May 26, 2022 | 21:00 / Görüşlər

TEKNOFEST çərçivəsində Azərbaycanda olan Türkiyə Elmlər Akademiyasının prezidenti Prof. Dr. Muzaffer Şeker Azərbaycan Milli Elmlər Akademiyasını ziyarət edib. AMEA-nın prezidenti v.i.e. akademik Arif Həşimovla baş tutan görüşdə Prof. Dr. Muzaffer Şeker ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək proqram və layihələrdən bəhs edib. Görüşdə AMEA-nın vitse-prezidentləri İsa Həbibbəyli və İradə Hüseynova, Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva da iştirak ediblər.

 tuba.gov.tr