sa sa 1224
Magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib + Foto May 31, 2022 | 17:00 / Mühüm hadisələr

31 may 2022-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2-ci kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. "Molekulyar biologiya", "Biotexnologiya" və "Biokimya" ixtisasları üzrə tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirmiş və elmi-tədqiqat işini uğurla başa çatdırmış magistrantlar dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər. Hər bir magistrantın işi ətraflı müzakirə edilərək qiymətləndirilib. Magistrantların dissertasiya işlərinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən magistr dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini nəzərə alaraq yekun müdafiə üçün magistr dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuraya təqdim edilməsi tövsiyyə olunub.