sa sa 172
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yay imtahan sessiyası başladı + Foto İyn 03, 2022 | 14:38 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2021/2022-ci tədris ili üzrə yay imtahan sessiyasına başlanılıb. “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” ixtisasları üzrə I kursda təhsil alan 10 magistrant imtahanlara buraxılmışdır. Bu gün Biotexnologiya ixtisası üzrə“Sənaye biotexnologiyası”, Molekulyar biologiya ixtisası üzrə “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri” fənnindən imtahanlar keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova imtahanların gedişatı ilə tanış olub və magistrantlara imtahan sessiyasında uğurlar arzulayıb.