sa sa 780
“Elm” qəzetinin “TEKNOFEST Azərbaycan” festivalına həsr edilmiş xüsusi buraxılışı çapdan çıxıb İyn 06, 2022 | 11:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 26-29 may tarixlərində Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalına həsr edilmiş xüsusi buraxılışı işıq üzü görüb.

Qəzetin ilk səhifələrində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkərlə, TÜBİTAK-ın vitse-prezidenti Əhməd Yozgatlıgillə AMEA-da keçirilən görüşlər, AMEA-nın Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş xüsusi iclası, AMEA ilə TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı aparılan müzakirələr, “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktarın, dövlət rəsmilərinin, eləcə də elm və təhsil ictimaiyyətinin nümayəndələrinin “TEKNOFEST Azərbaycan” festivalında AMEA-nın pavilyonu ilə tanış olmaları, həmçinin AMEA-nın festivalda iştirakı üzrə İşçi qrupunda təmsil olunan alimlərimizin KİV-ə müsahibələri və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az