sa sa 139
Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib İyn 07, 2022 | 14:00 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 2022-ci ildə 5-ci iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq müzakirəyə 16 dissertasiya mövzusunun çıxarılacağını bildirib.

Sonra Problem şurasının katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva həmin mövzuları təqdim edib.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

AMEA-nın müxbir üzvü İlham Şahmuradov, professorlar Eldar Qasımov, Emma Ağayeva, Nizami Bağırov, Səyyarə İbadullayeva, Rövşən Xəlilov, Elman İsgəndər, tibb elmləri doktoru Sayman Qədimova, biologiya elmləri doktoru Şahniyar Bayramov və başqaları çıxış edərək mövzulara öz münasibətlərini və müvafiq təkliflərini bildiriblər.

Nəticədə 14 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiqlənib, 2 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

science.gov.az