sa sa 881
AMEA-nın magistrantları “Pedaqogika” fənnindən imtahan veriblər + Foto İyn 09, 2022 | 16:00 / İmtahanlar

İyunun 9-da AMEA-nın I kurs magistrantları “Pedaqogika” fənnindən imtahan veriblər.

İmtahan AMEA prezidentinin 26 may 2022-ci il tarixli 177 nömrəli “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən baş tutub. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında iki qrup üzrə təşkil edilmiş imtahan müvafiq sərəncama əsasən yazılı formada həyata keçirilib.

AMEA prezidentinin 26 may 2022-ci il tarixli 178 nömrəli sərəncamına əsasən yay imtahan sessiyası ilə əlaqədar yaradılmış komissiyanın üzvləri - AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev imtahan prosesində iştirak ediblər. Onlar AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdirinə dəvətə görə təşəkkür edib, imtahanın gedişi ilə yaxından tanış olub və imtahanın yüksək səviyyədə təşkili ilə bağlı razılıqlarını bildiriblər.

science.gov.az