sa sa 830
MBBİ-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib + Foto İyn 16, 2022 | 08:00 / Tədbirlər

15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu bayram münasibətlə AMEA-nın vitse-prezidenti,  AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova və institutun əməkdaşları Fəxri xiyabanı ziyarət edib. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Akademik Zərifə Əliyeva və akademik Cəlal Əliyevin məzarları da ehtiramla yad olunub.