sa sa 823
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2-ci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib + Foto İyn 17, 2022 | 16:18 / Mühüm hadisələr

17 iyun 2022-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2021-2022-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri uğurla başa vurmuş 2-ci kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib. "Molekulyar biologiya" ixtisası üzrə üç, "Biotexnologiya" ixtisası üzrə iki və "Biokimya" ixtisası üzrə bir magistrant  dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər. Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri, biologiya elmləri doktoru, professor Səftər Süleymanov magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd edib. Hər bir magistrantın işi ətraflı müzakirə edilərək qiymətləndirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova magistrantlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.