sa sa 980
MBBİ-nin əməkdaşı beynəlxalq konfransda iştirak edib İyn 22, 2022 | 15:00 / Konfranslar, iclaslar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, bilogiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova “Biosistemin fəaliyyətinin molekulyar, membran və hüceyrə əsasları” mövzusunda beynəlxalq elmi konfransda və Belorusiya fotobioloqları və biofiziklərinin ictimai birliyinin 15-ci qurultayında iştirak edib. Ü. İbrahimovanın “Triticum aestivum L. genotiplərinin bəzi fizioloji və biokimyəvi parametrlərinə NaCl-in təsiri” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.