sa sa 766
REA Bitki Fiziologiyası İnstitutunun direktoru Dmitriy Los AMEA-nın vitse-prezidenti İradə Hüseynovaya təbrik məktubu ünvanlayıb + Foto İyn 29, 2022 | 11:00 / Mühüm hadisələr

Biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasınin rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev elmin inkişafında və elmi kadrların hazırlığındakı böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə, “Fiziki-kimyəvi biologiya” ixtisasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Bu münasibətlə REA Bitki Fiziologiyası İnstitutunun direktoru Dmitriy Los AMEA-nın vitse-prezidenti İradə Hüseynovaya təbrik məktubu ünvanlayıb. Məktubun mətnini diqqətinizə çatdırırıq:

Çox hörmətli İradə xanım!

 Süleyman Allahverdiyevin Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsi münasibətilə Sizdən təbrik məktubu almağımız çox sevindiricidir.  Bu yaxınlarda biz bir-birimizi Süleyman Allahverdiyevin “Rusiya Federasiyasının Əməkdar elm xadimi” adı alması münasibətilə təbrik etmişdik və indi bir daha əziz dostumuz və həmkarımızın nailiyyətləri ilə fəxr etmək imkanı əldə etdik.

Süleyman Allahverdiyevin son dövrlərdə qazandığı böyük nailiyyətlər siyahısına şübhəsiz ki, 2021-ci ildə alternativ energetika sahəsində nüfuzlu “Qlobal Enerji” beynəlxalq mükafatını aid etmək olar. Ümid edirəm ki, Süleyman Allahverdiyev öz qələbələri ilə bizi gələcəkdə də sevindirəcək.

  

Hörmətlə və ən xoş arzularla,

REA BFİ-nun direktoru,

REA müxbir üzvü                                                                                            D.А. Los