sa sa 694
Biologiya və Tibb Elmləri Bölməsinin və Dendrologiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib + Foto İyn 30, 2022 | 09:00 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Dendrologiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.

İclasdan öncə Dendrologiya İnstitutunun mərhum baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun anım mərasimi keçirilib.

Sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanılıb.

Akademik İradə Hüseynova BTEB-in elmi təşkilatlarının 2022-ci ilin birinci yarımilliyi üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında danışıb, hesabatların hazırlanması ilə bağlı tapşırıqlarını verib.

Həmçinin İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun tərkibində 13 iyun 2022-ci il tarixində Zəngilan rayonuna və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının vəziyyəti ilə tanışlıq məqsədilə 24 iyun 2022-ci il tarixində Tərtər rayonunun Şıxarx qəsəbəsinə səfərləri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Natiq Qarabağ Elmi-Tədqiqat Bazasında elmi tədqiqatların bərpası və aparılan təcrübə işlərindən razılıqla danışıb.

Daha sonra akademik İradə Hüseynova işğaldan azad edilmiş ərazilərdə aparılan tədqiqatların, xüsusən Azərbaycanın “Qırmızı kitab”ının III nəşri ilə bağlı fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyi haqqında danışıb və bununla bağlı lazımi tövsiyə və tapşırıqlarını verib.

Biologiya və Tibb Elmləri Bölməsinin elmi təşkilatlarında 2022-ci ildə magistr dissertasiyaları müdafiəsinin nəticələri, 1-4 iyul 2022-ci il tarixlərində Dendrologiya İnstitutunda keçiriləcək “Tibb, sağlamlıq və həyat elmləri” II beynəlxalq konfrans, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin 75, Genetik Ehtiyatlar İnstitutunun Tərəvəz bitkiləri şöbəsinin müdiri Sabir Həsənovun 65 illik yubileyləri haqqında məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

science.gov.az