sa sa 2135
Elmi şuranın 2019-cu ildə ilk iclası keçirilmişdir + Foto Yan 11, 2019 | 14:59 / Konfranslar, iclaslar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın 2019-cu ildə ilk iclası keçirilmişdir.  İclasın sədri akademik İ.Hüseynova gündəlikdəki məsələlərlə Elmi şura üzvlərini tanış etmişdir. İclasda Attestasiya komissiyasının sədri b.ü.e.d. S.Süleymanov institut əməkdaşlarının elmi fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilmiş müsabiqənin qərarı haqqında şura üzvlərinə məlumat verdi. Təhsil şöbəsinin müdiri b.ü.f.d. S.Rüstəmova AMEA-da 2019-cu tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanlarının keçirilməsi haqqında  AMEA Prezidentinin 04 yanvar 2019-cu il tarixli 01 saylı Sərəncamına əsasən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya sənəd vermiş namizədlər barədə şura üzvlərini məlumatlandırdı. Sonra bir sıra təşkilati məsələlər müzakirə olundu.