sa sa 832
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb + Foto İyn 30, 2022 | 14:00 / Mühüm hadisələr

Bu gün böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu münasibətlə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyev məktəbinin yetirmələri hər il olduğu kimi, müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar.

Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə yanaşı, Botanika İnstitutunun, Mikrobiologiya İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Azərbaycan Respublikası KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və digər təşkilatların əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini yad edərək abidəsi önünə əklillər və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.