sa sa 704
“Elm” qəzetinin yeni sayı nəşr olunub İyl 02, 2022 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin açıq iclası, akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunan konfrans, Tarix Muzeyində Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze ilə görüş, Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası, Biologiya və Tibb Elmləri Bölməsinin və Dendrologiya İnstitutunun Elmi şuralarının birgə iclası, “Dünya fotosintez elminə dəyərli töhfələr vermiş böyük alim”, “Riyaziyyata həsr olunmuş alim ömrü”, “Oxu, nəğmən dilə gəlsin!” sərlövhəli məqalələr, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az