sa sa 2411
İnstitutun əməkdaşı b.ü.f.d. Nərgiz Sultanova İran İslam Respublikasında ezamiyyətdə olmuşdur + Foto Yan 11, 2019 | 15:00 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Nərgiz Fəxrəddin qızı Sultanova 05.01.2019-09.01.2019 tarixlərində İran İslam Respublikasının Urmiya şəhərində yerləşən Urmiya Universitetinin Bitki Qoruma (Plant Protection) şöbəsində elmi ezamiyyətdə olmuşdur.  Səfər zamanı N. Sultanova Urmiya Universitetinin Agriculture fakultəsinin dekanı prof. Abbas Samadi, dekan müavini Dr. Reza Darvishzadeh, Bitki Qoruma şöbəsinin rəhbəri Dr. Shahram Mirfakhraei, Virusologiya laboratoriyasının rəhbəri Assoc. Prof. Dr. Mina Rastgou və Biosistemlərin Tibbi mühəndisliyi şöbəsinin rəhbəri Assoc. Prof. Dr. Ali M. Nikbakht ilə görüşmüşdür. Səfərin məqsədi fitovirusların molekulyar identifikasiyası sahəsində təcrübə mübadiləsinin aparılması, bu sahədə yeni metodlara yiyələnmək və MBBİ ilə Urmiya Universiteti arasında əməkdaşlıq imkanları haqqında müzakirələrin aparılması olmuşdur.