sa sa 772
AMEA-nın magistraturasında yay imtahan sessiyası və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatıb İyl 06, 2022 | 08:00 / İmtahanlar

AMEA prezidentinin 26 may 2022-ci il tarixli 177 nömrəli sərəncamına əsasən AMEA-nın magistraturasında 1 iyun 2022-ci il tarixində başlanan yay imtahan sessiyası 5 iyul tarixində yekunlaşıb.

AMEA-nın 19 elmi müəssisəsində I kursda təhsil alan 108 magistrant ixtisas, ümumi və seçmə fənlərdən imtahan verərək sessiyanı müvəffəqiyyətlə başa vurublar.

AMEA prezidentinin 2 iyun 2022-ci il tarixli 186 nömrəli sərəncamına əsasən 2022-ci ilin iyun ayının 10-dan 30-dək AMEA-nın 14 elmi müəssisəsində II kursda təhsil alan 53 magistrant öz dissertasiya işlərini müdafiə edib. Onlardan 33 nəfəri oxuduqları müddət ərzində təhsillərini yüksək göstəricilərlə başa vuraraq fərqlənmə diplomuna layiq görülüblər.